Qaynar xətt:

(+99450) 247 90 86

Mehman Hüseynovun Azad Olunacağı Dəqiq Tarix Açıqlandı

CƏMİYYƏT

850

27.02.2019, 20:38

\"\" Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub. Oxu24.com xəbər verir ki, “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev azxeber.com-a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: “Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”. Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: “Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq”. O həmçinin deyib ki, müraciət edərsə, Mehman Hüseynovu qarşılaya bilərik.